Категории раздела
Xəbərlər [8]
Proqramlar [14]
Musiqi [20]
Sevgi [11]
İslam [1]
Oyunlar [1]
Mobil [0]
Xaker [3]
Avto dünya [0]
Yumor [2]
Maraqlı [21]
Videolar [2]
Şəkillər [7]
Digər [1]
Istek Mp3 [1]
Football [0]
Мини-чат
200
Наш опрос
Yeni Dizaynimiz Xoshunuza Geldi???


Всего ответов: 221



   
Статистика

Onlayn olanlar: 1
Qonağlar: 1
İstifadeçilər: 0
Приветствую Вас, Qonağ · RSS 17.05.2024, 21:17

Главная » 2009 » Mart » 7 » Muhamməd Peyğəmbər insanların ən dahisidir
11:51
Muhamməd Peyğəmbər insanların ən dahisidir
Amerika yazıçısı və alimi Maykl Hart bəşər tarixinin ən dahi yüz şəxsiyyətini seçmək və onlar barəsində bir kitab tərtib etmək qərarına gəlmişdi. Alim bu şəxsiyyətlərin tərcümeyi-hallarını onların cəmiyyətdəki çəkilərinin dərəcəsindən asılı olaraq yerləşdirməyi düşünmüşdü. Yüz ən dahi insanın seçimində və onların dahilik dərəcəsindən asılı olaraq yerləşdirilməsində qərəzsiz və obyektiv olmaq üçün Maykl Hart öz köməkçiləri ilə kompüterdən istifadə etmişlər…
Kompüterə bütün dahi şəxsiyyətlərin bacarıq, qarşılarına qoyduqları məqsəd, təşəbbüs, əldə etdikləri müvəffəqiyyət və bəşər tarixinə göstərdikləri təsirləri barədə məlumatlar yerləşdirilmişdir. Bu məqsədlə Hart öz köməkçilərilə bir neçə ay vaxt aparan, çoxlu səbr və diqqət tələb edən bir iş görmüşlər. Kompüter təhlil və analiz yolu ilə tarixdə ən çox gözəçarpan iz qoymuş yüz adamı təyin və onların adlarını təqdim etmişdir. İndi isə kompüter təyin etməli idi: KİMDİR YAXŞILARIN ƏN YAXŞISI?

Hart böyük həyacanla lazımi düyməni basır və ekranda bu yazı peyda olur: “MƏHƏMMƏD PEYĞƏMBƏR”. Hart və həmkarları heyrana gəlmişlər. Onlar eksperimenti təkrarlamağa çalışdılar, güman etdilər ki, haradasa səhvə yol verilib. Lakin kompüter yenə də eyni yazını göstərdi: “Məhəmməd peyğəmbər”. Kompüterin cavabı ilə qane olmayan Hart öz köməkçilərilə eksperimenti bir neçə dəfə təkrar, kompüter isə inadla öz təkidində davam edir. Nəticədə alimlər bu faktı qəbul etməyə məcbur olurlar. Eksperimentin nəticələri əsasında Maykl Hart “Tarixin 100 ən dahi adamı” (”The Greatest 100 Men in History”) kitabını yazır və birinci yerə məhz Məhəmməd peyğəmbərin (s) adını təsbit edir. Bu kitab ABŞ-da nəşr olunub. Yeri gəlmişkən onu da qeyd edək ki, bu 100 nəfərin arasında İsa peyğəmbər (s) üçüncü yeri tutur. “The Greatest 100 Men in History” kitabından bir neçə misranı Sizlərə təqdim edirik:
“O (Məhəmməd peyğəmbər), bəşər tarixində həm dini, həm də dünyəvi işlərdə ən çox müvəffəqiyyət əldə edən yeganə insan olmuşdur.
…Hazırda, ölümündən 14 əsr keçməsinə baxmayaraq, bu insanın bütün dünyaya olan təsiri çox böyükdür”.
Qeyd edək ki, dünyanın bir çox dahi və məşhur şəxsiyyətləri sevimli peyğəmbərimiz haqqında xoş sözlər söyləmiş, onun bəşər tarixində oynadığı rolunu son dərəcə yüksək qiymətləndirmişlər. Biz burada Peyğəmbərimiz haqqında söylənilən fikirlərin bir neçəsi ilə əziz oxucularımızı tanış etmək istərdik.

MONTQOMERİ

“Qərb, belə şərəfə nail olmuş başqa bir şəxsiyyət tanımır”
“Məhəmməd öz əqidəsi naminə hər cür çətinliklərə hazır idi. Rəhbər olaraq o, təmkinli və sarsılmaz xasiyyətə malik idi. O, insanları yüksək dəyərləndirir və onlara hörmətlə yanaşırdı. Onun dahiliyinin sübutu onun müvəffəqiyyətlərindədir. Bu Peyğəmbərin şəxsiyyətinin dahiliyi onun işinin müvəffəqiyyətini təmin edir. Bu insanı şarlatanlıqda ittiham etmək - çıxış yolu deyil, çarəsizlik olardı. Qərb, belə şərəfə nail olmuş başqa bir şəxsiyyət tanımır”.

W. MONTGOMERI Muhammad at Massa Oxford, 1953, r. 52.

LAMARTİN

“O, nadir və əvəzolunmaz insan idi…”
“Düşmənlər ona (Məhəmməd peyğəmbərə) təbliğ missiyasından imtina etdiyi təqdirdə yüksək rütbələr, var-dövlət söz vermişdilər. Peyğəmbər isə bütün fiziki və mənəvi çətinlikləri öz üzərinə götürərək bunu qəti surətdə rədd etmişdir. Bir an belə öz işindən çəkinməmişdir. O, cəmiyyətdə nifaq və inamsızlığı yayaraq Allahın adının mahiyyətini alçaldan qüvvələr qarşısında sarsılmaz qala kimi dayanmışdır. Məhəmməd peyğəmbər o dərəcədə nadir və əvəzolunmaz şəxsiyyət olmuşdur ki, bir çox gözəl şair və natiqlər, o cümlədən onun müasirləri Allahın elçisini təsdiq etməyə məcbur olmuşdular. Ondan əvvəl heç kim Quranda təsvir olunan təbii amil və hadisələrə toxunmamışdır. Hakimiyyət və güdrətə malik olduqdan sonra nə üçün o, yoxsulluqda yaşamağa və müsibətlərə dözməyə davam edirdi?.. Görəsən onun dahiliyi müqayisə oluna bilərmi? Həqiqətən də Məhəmməd - dünya yarandıqdan bəri müxtəlif dövrlərdə göndərilən peyğəmbərlərin ən sonuncusudur. Bu şəxsiyyət qarşısına çox böyük məqsədlər qoymuş və cüzi imkanların sayəsində möhtəşəm nəticələrə nail olmuşdur. Belə olduqda onu kiminlə müqayisə etmək olar? Biz elə tanınmış sərkərdələr, dövlət xadimləri və nəhəng imperiyaların hökmdarlarını tanıyırıq ki, onlar ağla sığmayan dağıdıcı qüvvəllərə malik olmuşdular. Bəs Məhəmməd peyğəmbər necə? O, böyük ordular, imperiyalar və qayda-qanunları hərəkətə gətirmək ilə kifayətlənmədi. Bütün planetin üçdə bir hissəsindən çoxu onun ardınca getdi. Möhkəm iradəsi, böyük ideyaların naminə son dərəcə fədakarlığı, yüksək rütbə və taxt-tac qarşısında tamahsılanmamağı, Allahla olan dialoqu, ölümü və işinin zəfər yürüşü bu şəxsiyyətin və onun ideyalarının gücünü təsdiq edən faktlardır. Peyğəmbər, filosof, natiq, qanunverici, mübariz, qəlblərin hamisi, ideyalara yenilik gətirən, imam, dövlət xadimi, Yer kürəsinin iyirmi bölgəsində mənəvi imperiyaların yaradıcısı - budur Məhəmməd! Hansı dahi insanla onu müqayisə etmək olar?..”

Historic la Turguie. Paris, 1854, v. 2, p. 276-277.

BERNARD ŞOU

“Mən Məhəmmədin dininin gələcəyi barədə xəbər vermişdim ki, sabahkı Avropa onu qəbul edəcək və müasir Avropa artıq bu dini qəbul etməyə başlayıb…”
“Əgər hansısa bir dinin İngiltərə, bəlkə də elə bütün Avropanı qarşıdakı 100 ildə idarə etmək şansı olsaydı - bu yalnız İslam dini ola bilərdi. Məhəmmədin dininə yüksək əhəmiyyəti və aktuallığına görə hər zaman böyük hörmətlə yanaşmışam. Mənim fikrimcə bu yeganə dindir ki, həyatın dəyişkən şəraitlərinə uyğunlaşma qabiliyyətinə malikdir. Bu da şübhəsiz ki, hər yaşda olan insanın xoşuna gəlir. Məhəmməd peyğəmbərin həyatını tədqiq etmişəm; düşünürəm ki, o, çox qeyri-adi bir insandır, qətiyyən antixrist deyil, əksinə onu bəşəriyyətin xilaskarı adlandırmaq olar. Müasir dünyada belə bir insana hökmranlıq ixtiyarı verilsəydi, o, dünyanın problemlərini elə həll edə bilərdi ki, bu qərarlar insanların arzuolunan əmin-amanlıq və səadətini təmin etmiş olardı”.

Категория: İslam | Просмотров: 2010 | Добавил: Sladkiy_Paren
Всего комментариев: 3
     

№3 Написал: Sladkiy_Paren (Sladkiy_Paren) [Материал] Дата: (08.03.2009) 


 
indi yox amma sonra oxuyram mutleq twk