Категории раздела
Xəbərlər [8]
Proqramlar [14]
Musiqi [20]
Sevgi [11]
İslam [1]
Oyunlar [1]
Mobil [0]
Xaker [3]
Avto dünya [0]
Yumor [2]
Maraqlı [21]
Videolar [2]
Şəkillər [7]
Digər [1]
Istek Mp3 [1]
Football [0]
Мини-чат
200
Наш опрос
Yeni Dizaynimiz Xoshunuza Geldi???


Всего ответов: 221



   
Статистика

Onlayn olanlar: 1
Qonağlar: 1
İstifadeçilər: 0
Приветствую Вас, Qonağ · RSS 30.04.2024, 22:40

Главная » 2009 » Mart » 20 » Fikirləşin və yenə də fikirləşin...
08:48
Fikirləşin və yenə də fikirləşin...

1.Çox oxuyan yox,faydali kitablar oxuyan əsil alim ola bilər.(K.Aristipp)
2.Heç nə bilməyən və bilməyə çalişmayan adam çox bədbəxtdir.Çünki ona iki bədbəxtlik birdən üz vermişdir.(Aristotel)
3.Bəzi kitablari dadmaq,bəzi kitablari ele-bele udmaq olar,amma az miqdarda kitabi yaxşi çeynəmək və həzm etmək lazimdir.(F.Bekon)
4.Müəllifi tənqid etmək asan,qiymətləndirmək çətindir.(L.Vovenarq)
5.İrəli getmək üçün tez-tez geriyə dönün,yoxsa çixdiginizi və haraya gedəcəyinizi unudarsiniz.(L.N.Andreyev)
6.Agilli başqa bir agillinin fikri ilə həmişə razilaşir,sarsaq isə nə agilli,nə də sarsaq adamin fikri ilə razilaşar.(Aristotel)
7.Sözü yadinda saxlayan agilli,nagili yadinda saxlayan isə müdrik olur.(Monqol atalar sözü)
8.3 şey: atilmiş ox,deyilmiş söz və keçmiş günlər heç vaxt geri qayitmir.(G.F.Daumer)
9.Şirniyyatdan ən gözəli dil şirinliyidir.Şirin dil insanlari valeh edir.(Barbal)
10.İnsana danişmagi öyrətmək üçün 2 il,danişmagi öyrənməyə isə 60 il lazimdir.(L.Feyxtvanger)
11.Həyata keçirilməyən ideya sabun köpüyünə bənzəyir.(B.Ayerbax)
12.Haminin xoşuna gəlmək arzusu ən gülünc arzudur.(İ.V.Höte)
13.Ruhun cəsarəti müqayisə edilməyən bəxşişdir.O olduqda insana heç şey qorxulu deyil.(Arxilox)
14.Mərd adam,adətən şikayət etmədən əzab çəkir,zəif adam isə əksinə,əzab çəkmədən şikayətlənir.(Ö.Xəyyam)
15.Düşmənlər arasinda hakim olmaq,dostlar arasinda hakim olmaqdan yaxşidir.Birinci halda düşmənlərdən biri dostuna,ikinci halda biri düşmənə çevrilər.(Ə.H.Bəhmənyar)
16.Nə vaxt ki,qəmlisən işlə,bu kədəri qovmaq üçün yeganə vasitədir.Heç nə iş qədər adami cansixici boşluqdan xilas etmir.(İ.R.Bexer)
17.Avara adam sizi əsəbləşdirirsə,deməli siz özünüz də ona oxşayirsiniz.(V.X.Xoy)
18.Kişinin sevmədiyi bir qadini almasi bazardan xoşuna gələn,lakin istəmədiyi bir şeyi almaga bərabərdir.(K.Marks)
19.Bekar arvad cavan əri qocaldar,
Əsil arvad çox dərdini azaldar.(Aşiq H.Bozalqanli)
20.Çayin mənbəyi – bulaq,ailənin mənbəyi – anadir.(Monqol atalar sözü)
21.Həya elə bir şiddətli qəzəb və hiddətdir ki,bu özgəyə dayil,adamin daxilən özünə qarşi çevrilmişdir.(K.Marks)
22.Vicdan – bizim arxamizca kiminsə göz qoydugu xəbərdarliq edən daxili səsdir.(J.A.Kasrto)
23.İncidib “bagişla”,söyləmə əbəs,
Çətin bagişlayar incitdiyin kəs...(N.Xosrov)
24.Dünyada hansi daşdan hörülürsə-hörülsün,elə bir möhkəm divar tapilmaz ki,insan iradə və fikrinin qarşisini ala bilsin.(J.Amadu)
25.Mən ən güclü,ən qüvvətli,ən zəkali o adami hesab edirəm ki,o öz istəklərini idarə etməyi bacarir.(Aristotel)
26.İnsan kərpicə bənzəyir: bişdikcə möhkəmlənir.(B.Şou)
27.Pələng ölür – dərisi,fil ölür – sümüyü,insan ölür – adi qalir.(İndoneziya atalar sözü)
28.Həyat sərt məktəbdir.Yaşamaq üçün özünü ələ almaq,mübarizə aparmaq və qalib gəlmək bacarigi olmalidir.(V.P.Katayev)
29.Hər kəs xoşbəxt olmaq istəyirsə,həmişə gərək salamat olmaga çalişsin.Çünki xoşbəxtlik mal-dövlət ilə deyil,bədənin salamatligi ilədir.Həzm etməyən mədəyə,yara düşən cigərə mal-dövlətdən nə fayda?!(H.B.Zərdabi)
30.Şərabin birinci badəsi yangi,ikinci şadliq,üçüncü zövq,dördüncü dəlilik gətirir.(Anaxarsis)
31.İyirmi qəbahəti bagişlamaq olar,bir yalani isə yox.Çünki yalanin daimi peyki hiyləgərlikdir.(K.Lokk)
32.Nəfs üçkünclü bir tikandir,nə vəziyyətdə qoyursan qoy,yenə sənə batacaqdir.(C.Rumi)
33.Dünyada 3 şey təhlükəlidir: biçaq uşaq əlində,hakimiyyət axmaq əlində və tərif yaltaq dilində.(Monqol atalar sözü)
34.Özün haqqinda qişqira-qişqira danişma,qoy başqalari sənin barəndə sakit danişsinlar.(Şekspir)
35.İşini fikirləri ilə,fikirlərini işləri ilə yoxlamaga adət etmiş adam səhv etməz.Səhv etsə də,yenə o,tezliklə həqiqət yolunu tapar.(İ.V.Höte)
36.İnsana nifrət – kiçik intihardir.(İ.F.Şiller)


Категория: Maraqlı | Просмотров: 1538 | Добавил: perfect_girl
Всего комментариев: 2
     

№2 Написал: PReNSeS_ASi [Материал] Дата: (02.05.2009) 


 
marağlidi xəbərə görə təşəkkür..