Bir gün su,atəş və əxlaq dost olurlar və bir birlərindən soruşurlar:
-Su əgər səni itirsək hardan tapa bilərik? -Harda çay,dəniz,okean görsəniz bilin ki mən ordayam. -Atəş,əgər səni itirsək,hardan tapa bilərik? -Harda duman görsəniz,bilin ki, mən ordayam. -Bəs əxlaq səni itirsək,haradan tapa bilərik? -Məni itirsəz,axtarmayın.Çünki,yenidən məni tapa bilməzsiniz ona görə də çalışmaq lazımdı ki,məni heç vaxt itirməyəsiniz.
|